Almaniya ölkəyə gələnlərdən məcburi COVID-19 testi tələb edir

Almaniya ölkəyə gələnlərdən məcburi COVID-19 testi tələb edir
  • Dünya

  • Xaricdən Almaniya ərazisinə daxil olan hər kəs COVID-19 testindən keçməli olacaq.

    Asiya.az
    -ın AFP-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın səhiyyə naziri Yens Spahn bildirib.

    Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib
    AB-nin ali nümayəndəsi: "Pandemiyadan sonra dünya daha təhlükəli olacaq"
    Türkiyənin Rize bölgəsinə sel gəlib, ölənlər var - FOTO - YENİLƏNİB
    O qeyd edib ki, yalnız koronavirus peyvəndinin hər iki dozasını vurdurmuş və ya xəstəlikdən sağalmış şəxslər test vermədən ölkə ərazisinə daxil ola bilər.

    "Almaniyaya girən bütün peyvənd olunmamış şəxslər, təyyarə, maşın və ya qatarla gəlməsindən asılı olmayaraq test verməli olacaqlar", - nazir deyib.

    Almaniya Federativ Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, qaydalar Almaniyaya qayıdan 12 yaşdan yuxarı olan hər kəsə şamil olunur. Əvvəllər bu qayda yalnız hava yolu ilə gələn sərnişinlərə aid idi. Testlər üçün şəxslər ödəniş etməlidir.

    Qeyd olunub ki, Robert Kox İnstitutu tərəfindən koronavirus variantlarının yayılma sahəsi olaraq tanınan regiondan gələrkən, peyvənd və ya antikorların mövcudluğundan asılı olmayaraq mənfi test nəticəsi təqdim edilməlidir.

    Müvafiq qayda avqustun 1-dən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər