Qənirə Paşayeva Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım edib

Qənirə Paşayeva Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım edib
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əməkdar artist Yaqub Zurufçunun səhhəti ilə bağlı paylaşım edib.

    Asiya.az
    -ın məlumatına görə, komitə sədri qeyd edib ki, COVID-19 virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçu hazırda “Yeni Klinika”da intensiv müalicə alır.

    “Tez-tez dəyərli xanımı Aynur xanımla da danışırıq. Müalicənin gedişi Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın şəxsi nəzarətindədir. Anar Ələkbərov Yaqub müəllimin ailəsi ilə də danışıb və müalicənin Mehriban xanımın nəzarətində olduğunu bildirib. Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun.”, - deyə Q. Paşayeva bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər