"Hər zaman tanışlıq, day-daylar işə yarayıb" - Fəxri ad ala bilməyən Nadir Qafarzadə

"Hər zaman tanışlıq, day-daylar işə yarayıb" - Fəxri ad ala bilməyən Nadir Qafarzadə
  • Mədəniyyət

  • Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında fəxri adların verilməsi ilə bağlı məsələyə etirazını bildirib. 

    Asiya.az xəbər verir ki, fəxri ad ala bilməyən müğənni öz qəzəbini gizlədə bilməyib:

    "Həmkarlarımı təbrik edirəm. Azərbaycan vətəndaşı olduğum üçün utanıram. Haqsızlıq var. Hər zaman tanışlıq, day-daylar işə yarayıb. Bunlar düzəlməyəcək".

    Yayımladığı videonu bir neçə saat sonra silən və yeni müraciət yayımlayan müğənni daha sonra ona adın verilməməsinin səbəbini izah edib:

    "Mən keçmiş Mədəniyyyət nazirinin müavinin yanında olanda mənə dedi ki, səni mənə heç kim tapşırmayıb və kimə nə vaxt fəxri ad verəcəyimizi özümüz bilərik. İllərin sənətkarıyam. Hər yerdə təmənnasız konsertlərim olub. Haqqımı tələb edirəm. Düşünürəm ki, mənim səsimi lazımi orqanlar eşidəcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər