Şəhid Məhəmməd Vəliyevin anım mərasimi keçirilib - VİDEO

Şəhid Məhəmməd Vəliyevin anım mərasimi keçirilib - VİDEO
  • Sosial / Manşet

  • Masallı rayonu İmanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məhəmməd Nail oğlu Vəliyevin il mərasimi təşkil edilib.

      

    Asiya TV xəbər verir ki, il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları - Məşhur MəmmədovAnar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, həmçinin kənd sakinləri iştirak ediblər.

     

    Rayon rəsmiləri əvvəlcə İmanlı kəndinin mərkəzində şəhidin şərəfinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət ediblər.

     

    İcra başçısı cənab Şahin Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Məhəmməd və onun kimi şəhidlərimizin ruhunun daim, hər gün yad edildiyini qeyd edərək, Allahdan Məhəmməd balamıza, bütün şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa, döyüşçülərimizə can sağlığı diləmişdir.

     

    İl mərasimində “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edilib. 

     

    Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.

     

    Şəhid əsgər Məhəmməd Vəliyev ailəli idi. Əkiz uşağları - bir oğlu və bir qızı yadigar qalıb. 

     

    Məhəmməd Vəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər