Şəhid İbrahim Rükabzadənin anım mərasimi qeyd edilib - VİDEO

Şəhid İbrahim Rükabzadənin anım mərasimi qeyd edilib - VİDEO
  • Manşet / Hərb

  • Masallı rayonunun Boradigah qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri İbrahim Rasif oğlu Rükabzadənin anım mərasimi keçirilib.

      

    Asiya TV xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları - Anar İsgəndərov Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri iştirak ediblər.

     

    İcra başçısı çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən ətraflı danışıb.

     

    Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, İbrahim Rükabzadə və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd ediblər ki, bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. 

     

    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid İbrahim Rükabzadənin məzarını ziyarət ediblər.

     

    Şəhidin xatirəsi ehtiramla anılıb, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edilib, məzarı üstünə çiçəklər düzülmüşdür.

     

    PAYLAŞ:

    Oxşar xəbərlər