Narazı qaziyə əlillik təyin edildi

Narazı qaziyə əlillik təyin edildi
  • Sosial / Hərb

  • Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Oxu.Az-a Fariz Ağayev özü məlumat verib. 

    O bildirib ki, dövlət hesabına müalicələri davam etdirilir:

    "Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib”. 

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub:

    "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib.
     
    Agentlik tərəfindən bu sənədlər əsasında və əyani müayinə aparılmaqla, Fariz Ağayevin əlilliyi qiymətləndirilib və ona 3-cü dərəcə əlillik təyinatı aparılıb. Bununla əlaqədar ona müvafiq sosial ödənişlər də təyin olunub”.


    Qeyd edək ki, bir müddət əvvəl qazi sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir. 
    PAYLAŞ:

    Oxşar xəbərlər