Qüdsdə növbəti terror aktı törədilib

Qüdsdə növbəti terror aktı törədilib
  • Olay

  • Bu gün Qüdsün “Köhnə şəhər” adlanan ərazisində, Zəncirli küçədə terror aktı törədilib.

    Asiya.az
    -ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, iki nəfərin odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
    İsrail polisi atəş açanlardan birini zərərsizləşdirib, digəri isə qaçıb. Öldürülən şəxsin HƏMAS üzvü olduğu bildirilir.
    Qeyd edək ki, bundan əvvəl noyabrın 17-də “Köhnə şəhər”də müsəlmanların yaşadığı məhəllənin mərkəzində 16 yaşlı gənc bıçaqla iki İsrail polisinə hücum edib. Polislər yaralanıb, hücum edən şəxs isə güllələnib.
    PAYLAŞ:

    Oxşar xəbərlər