Asiya.az-ın xəbərinə görə, DSX-nin rəisi müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:
- polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
- polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
- mayor Həsənov Elmir Mircəlil oğlu;
- mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
- mayor Mayılov Emil Şahid oğlu;
- mayor Məmmədov Murad Yaşar oğlu;
- mayor Əliyev Emil Elman oğlu;
- tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
- kapitan Bayramlı Cavid Əhliman oğlu;
- kapitan Əliyev Xəyyam Əlixan oğlu;
- kapitan Qaraisayev Teymur Ənvər oğlu;
- leytenant Süleymanov Abdulla Telman oğlu;
- baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
- işçi Nəbiyev Elçin Fikrət oğlu.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.