Ermənistandan ŞOK QƏRAR - koronavirus xəstələrindən 1700 dollar alınacaq

Ermənistandan ŞOK QƏRAR - koronavirus xəstələrindən 1700 dollar alınacaq
  • Siyasət

  • Ermənistan Səhiyyə Nazirliyi fevralın 1-dən vətəndaşların koronavirusdan stasionar müalicəsinin ödənişli olmasını müzakirə edir. Səhiyyə Nazirliyinin sözçüsü Ripsim Xaçatryan yerli mediaya verdiyi açıqlamada deyib ki, peyvənd olunmayan vətəndaşlar koronavirusun müalicəsi üçün 800 min dram (1700 dollar-red.) ödəməli olacaqlar.
     
    Asiya.az
    xəbər verir ki, o, ölkədə peyvəndləmə göstəricilərinin qənaətbəxş olmadığını və virusun mutasiyasının davam etdiyni bildirib.

    Erməni deputat: "Müharibədə yaralananlara baxan yoxdur"Qeyd edilir ki, nazirliyin qərarı peyvənd prosesinin intensivləşdirilməsi və koronavirusun yeni ştammlarına qarşı mübarizənin effektivliyinin artırılması istəyi ilə bağlı olub.

    - Bütün bunlara əsaslanaraq, hazırda bu məsələ müzakirə olunur. Lakin məlum təklif heç vaxt gündəmdən çıxarılmayıb. Vəziyyətdən asılı olaraq, yekun qərar veriləcək, - nazirlik rəsmisi deyib.

    Qeyd edək ki, Ermənistanda peyvənd olunmamış vətəndaşların müalicəsi üçün ödənişin tətbiqi oktyabr ayından müzakirə olunur. Hətta oktyabrda belə xəstəxanaya yerləşdirilən vətəndaşların stasionar müalicə üçün orta hesabla 800 min dram ödəməli olacağı deyilirdi. Erməni ekspertlər isə belə hesab edirlər ki, nazirliyin qeyd etdiyi məbləğ həddindən artıq şişirdilmişdir. Bu prosesdə yalnız 150 min dramdan (Təxminən 300 dollar-red.) danışmaq olar.
    PAYLAŞ:

    Oxşar xəbərlər