"Real Madrid"in hücumçusu unikal rekorda imza atdı

"Real Madrid"in hücumçusu unikal rekorda imza atdı
  • İdman

  • Fransa millisinin futbolçusu Kərim Benzema hazırda çıxış etdiyi İspaniya "Real Madrid"inin tarixinə düşüb.
     
    35 yaşlı hücumçu buna evdə "Valensiya"nı 4:1 hesabı ilə darmadağın etdikləri La Liqanın XX tur matçında 11 metrlik cərimə zərbəsindən fərqlənməklə nail olub.

    43-cü dəqiqədə hesabı açan forvard "kral klubu"nun heyətində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. Benzema Madrid təmsilçisində bu sayda 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçu olub.

    Qeyd edək ki, "Real Madrid" 49 xalla turnir cədvəlinə başçılıq edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər