Millət vəkili Masallıda evi yanan ailəyə dəstək oldu - FOTOLAR

Millət vəkili Masallıda evi yanan ailəyə dəstək oldu - FOTOLAR
  • Sosial / Manşet

  • Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Hekayət Nəzərov və Masallı RİH-in Şərəfə kənd inzibati dairəsi üzrə nümayəndəsi Valeh Süleymanov ötən həftə yaşadığı mənzili yanaraq istifadəyə yararsız vəziyyətə düşən Yazgül Quliyeva ilə görüşüblər.

    Asiya.az xəbər verir ki, yanmış evə baxış keçirən deputat köməkçiləri millət vəkili Məşhur Məmmədovun maddi dəstəyini Yazgül xanıma çatdırıblar.

    Göstərilən diqətə görə ev sahibəsi millət vəkilinə öz təşəkkürünü bildirib.

    Qeyd edək ki, 6 yanvar 2022-ci ildə Masallı rayonu Şərəfə kənd inzibati dairəsinə daxil olan Ağakişibəyli kəndində yerləşən Quliyeva Yazgül Absalam qızına məxsus həyət evi naməlum şəraitdə yanaraq, istismara yararsız hala düşüb. Evdə ailə başçısı Yazgül xanımdan başqa onun bir qızı və bir məktəbli nəvəsi yaşayırmış.






    PAYLAŞ:

    Oxşar xəbərlər