Masallıda şəhid Masim Qurbanov anıldı - VİDEO/FOTOLAR

Masallıda şəhid Masim Qurbanov anıldı - VİDEO/FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılışı olub. Abidə-bulaq kompleksdə həşmçinin Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Ərəb kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

     

    Tədbir başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi musiqiçilərin canlı orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni ifa olunub.

     

    Asiya TV xəbər verir ki, açılış mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Millət vəkili Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, həmçinin media nümayəndələri iştirak ediblər.

     

    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və şəhidin atası, Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş Hafiz Qurbanov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

     

    Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına minnətdarlıq bildiriblər.

     

    Tədbirdə Ərəb kənd orta məktəbinin beşinci sinif şagirdi Türkan Qurbanova hərbi-vətənpərvərlik mövzusunda şeir ifa edib.

     

    Tədbir iştirakçıları sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək onların ruhuna dualar oxuyublar.

     

    Daha sonra anım mərasimi kənd ərazisində yerləşən mərasim evində ehsan süfrəsi arxasında davam edib.

    FOTOLAR Rəşad Fərəcova aiddir:














    PAYLAŞ:

    Oxşar xəbərlər