“Heç yerə getməmişəm, hazırda paytaxtda istirahət edirəm”

“Heç yerə getməmişəm, hazırda paytaxtda istirahət edirəm”
  • Cəmiyyət

  • Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

    Keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

    "2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər