Daha bir general təqaüdə göndərildi

Daha bir general təqaüdə göndərildi
  • Siyasət / Manşet

  • Azərbaycanda daha bir general təqaüdə göndərilib.

    Asiya.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
    Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

    Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər