“Heç vaxt belə uduzmamışdım” - Şəhriyar Məmmədyarov

“Heç vaxt belə uduzmamışdım” - Şəhriyar Məmmədyarov
  • İdman

  • “Çox maraqlı və rəqabətli yarış oldu”.

    Asiya.az xəbər verir ki, bunu Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
    37 yaşlı qrossmeyster yarış zamanı ona dəstək olan hər kəsə – dostlarına, şahmat həvəskarlarına təşəkkürünü bildirib.
    Məmmədyarovun fikrincə, belə bir turnirdə ən yaşlı şahmatçı kimi çıxış etmək elə də asan olmayıb: “Heç vaxt hansısa turnirdə bu statusda oynamamışam. Ona görə də asan deyildi. Amma nə etmək olar? Bunu biləndə ilk sualım belə oldu: Haradasan, Vişvanatan Anand? Şadam ki, Sergey Karyakin burada məndən sonra ən yaşlı ikinci şahmatçı idi. O da ən yaşlılardan biridir (gülür)”.
    Şahmatçı qarşılaşmalara çox vaxt g4 gedişi ilə başlamasının səbəbi açıqlayıb: “Hələ də fikirləşirəm ki, bu, yaxşı ideyadır. Niyə də g4 gedişi etməyim? Əminliklə deyə bilərəm ki, yenə bu gedişə müraciət edəcəyəm. Çünki normal haldır. Adətən, bu gedişdən sonra çox vaxt uduzmursan.Amma mən g4 gedişi etdikdən sonra çox vaxt pis vəziyyətə düşürəm (gülür). Bununla belə, mənim üçün maraqlı açılışdır. Yenidən g4 gedişinə qayıdacağam”.
    Təcrübəli qrossmeyster turnirdəki ən yaxşı oyununu da açqlayıb: “Təbii ki, Maqnus Karlsenə uduzduğum görüşü qeyd edərdim. Maqnus fantastik oynadı. Heç vaxt belə uduzmamışdım. Möhtəşəm oyun idi”.
    Qeyd edək ki, Şəhriyar Məmmədyarov 13 turdan sonra 8 xalla ikinci olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər