Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu - RƏSMİ

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu - RƏSMİ
  • Hərb

  • Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər