Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu
  • Hərb

  • Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Asiya.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
    Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

    Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər