Viləşçay Su Anbarı İstismarı İdarəsi sudan istifadə edənlərlə görüş keçirdi - FOTO

Viləşçay Su Anbarı İstismarı İdarəsi sudan istifadə edənlərlə görüş keçirdi - FOTO
  • Sosial / Manşet

  • Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov ərazilərdə sudan istifadə edənlərlə maarifləndirici görüşlər keçirilir. 

     

    Asiya.az xəbər verir ki, növbəti belə görüş Xırmandalı ərazisində fermerlə keçirilib. Suvarma suyundan səmərəli və təyinatı üzrə istifadə etmək məqsədi ilə keçirilən görüşü Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov açaraq keçən il görülən işlərdən və növbəti suvarma mövsümündə qarşıda duran vəzifələrdən danışıb. 

     

    Görüş sonra fermerlərin təklif və xahişləri ilə davam edib. Fermerlərdən Müsəddin Məmiyev, Ağalar Eminəliyev, Üzeyir Quluyev, Möhübbət Qasımov Asif Qasımov çıxış edərək ərazidə suvarma suyunun verilməsi ilə bağlı yaranan bəzi  problemlərdən danışıb, öz təklif və xahişlərini rəhbərliyin nəzərinə çatdırıblar.

     

    Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov öz çıxışında Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov və kollektivinə öz təşəkkürünü bildirərək belə görüşlərin tez-tez keçirilməsini xahiş etib.

     

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi öz çıxışında qaldırılan problemlərin qısa müddətdə aradan qaldırılacağını söz verib. Belə ki, ərazidə suvarma kanallarında lildən təmizləmə işlərinin aparılması, Hacıtəpə kəndi ərazisindən keçən Xırmandalı ayrıc hissəsində su tənzimləyici siyirtmə qapılarının qoyulması və köhnə Əzizbəyov kanalının lildən təmizlənməsinə köməklik göstərəcəyini bildirib. Rəis fermerlərin nəzərinə çatdırıb ki, suvarma suyundan səmərəli və təyinatı üzrə istifadə etsinlər.

     

    Çıxışın sonunda Rusif Kərimov Azərbaycan Su Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin və Masallı rayon İcra hakimiyyətinin başçısının tapşırığına əsasən belə görüşlərin rayonun bütün  ərazilərində keçiriləcəyini fermerlərin nəzərinə çatdırıb.





    PAYLAŞ:

    Oxşar xəbərlər