Qənirə Paşayeva şəhid Həsən Həsənovun həyat yoldaşı ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid Həsən Həsənovun həyat yoldaşı ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi Həsən Həsənovun həyat yoldaşı Qəriyə xanımla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Komitə sədri şəhidin xanımını dinləyib, öz ürək sözlərini bölüşüb:

    “Əziz bacımız,
    Siz, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm! 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra xalqımız bayramları əsl bayram dadında, bayram ovqatında keçirir. Bayramlarda anılmağı ən çox sizlər – şəhid ailələrimiz haqq edirsiz.

    Şəhidimizin ömrünü bugün əziz övladlarınız Ömər və Camal davam etdirir. Ömərə və Camala böyük gələcək arzulayır, cəmiyyətdə atalarının adına layiq şəkildə öz yerlərini tutacaqlarına inanırırq.

    Sizə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə dərin minnətdarlıqla xatırlayacağıq”.
    Komitə sədri şəhid xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

    Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən Müharibəsi şəhidi Həsən Rəhim oğlu Həsənov (01.10.1990, Şirvan – 02.10.2020, Füzuli) Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Şəhid çavuşumuz həmçinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib (25.12.2020).
    RUHU ŞAD OLSUN!

    PAYLAŞ:

    Oxşar xəbərlər