Masallıda çay daşdı - köməksiz qalan 21 nəfər təxliyə edildi

Masallıda çay daşdı - köməksiz qalan 21 nəfər təxliyə edildi
  • Sosial / Manşet

  • Masallıda Alvadı çayı daşıb.

    Asiya.az
    aramsız yağışlar nəticəsində Masallı rayonundan keçən Alvadı çayı məcrasından çıxıb.

    Ötən gecədən suyun səviyyəsi getdikcə artmaqda davam edib. Nəticədə sel suları yaşayış həyətlərinə, evlərinə dolub. Bu gün səhərdən FHN-in xilasediciləri əraziyə ezam olunub. Kiçik həcmli gəmilər vasitəsilə 17 nəfər Təzə Alvadı kəndində, 4 nəfər isə Molloba kəndində köməksiz vəziyyətdə olan insanlar təxliyə olunub. Hazırda xilasedicilər Boradigah qəsəbəsi ərazisində işləyirlər. Sel sularının təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər