Müştərisi "Rabitəbank"-dan görün nələr açıqladı - FOTO

Müştərisi "Rabitəbank"-dan görün nələr açıqladı - FOTO
  • Araşdırma / İqtisadiyyat

  • Müştəri Ayşə Qarasu "Rabitəbank"dan şikayətçidir.

    Asiya.az
    bildirir ki, müştəri 28 mart tarixində bu banka olan nağd kreditin böyük bir qismini ödəməyinə baxmayaq, borcdan silinmədiyini qeyd edib. Vətəndaş deyir ki, zəng mərkəzinə dəfələrlə müraciət etsə də şikayətinə baxılmayıb.

    "Bankda çalışan xanım qeyd edir ki, ödədiyim məbləğ depozit kimi hesaba oturub hər ay borcdan silinəcək. Bu nə mənasız sistemdir? Camaatı axmaq yerinə qoyublar. Mən özüm bu pulu ay-ay ödəyə bilmirdim? Hər halda faiz gəlməsin deyə krediti bağlamaq məqsədilə ödəmişəm. Bunlar isə pulumu özlərində saxlayıb faiz hesablayırlar. Bunları xanıma bildirdikdən sonra qeyd etdi ki, müraciətimi qeydə alıb və gün ərzində ödədiyim məbləğ borcdan silinəcək. 6 gündür hər gün zəng edirəm, eyni sözü deyib yola verirlər. Çox məsuliyyətsiz, müştərini gic yerinə qoyan bir bank imiş" - şikayətdə deyilir. 

    Vətəndaş sual edir ki, bir həftədir mənim ödədiyim pula hesablanan faizin cavabını kim verəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər