Daha bir qurumun əməkdaşlarının maaşları 20 faiz ARTIRILDI

Daha bir qurumun əməkdaşlarının maaşları 20 faiz ARTIRILDI
  • Sosial / Manşet

  • "Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

    Asiya.az Modern.az-a istinadla xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.

    "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

    O bildirib ki, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:

    "Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər