SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edəcək
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Araşdırma / Sosial

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı rayonunda vətəndaşları qəbul edəcək.

     

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Asiya.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2024-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 15 may 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mursəl İbrahimov Masallıda Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

    Qəbula yazılmaq istəyən SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.//Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər