Vilayət Eyvazovun Yardımlıda keçirəcəyi qəbulun tarixi dəyişdirildi

Vilayət Eyvazovun Yardımlıda keçirəcəyi qəbulun tarixi dəyişdirildi
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Araşdırma / Sosial

  • Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il may ayının 15-də Yardımlıda nəzərdə tutulan qəbulun tarixi dəyişdirilib.

    Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbul 21 may tarixinə təyin edilib. Daxili İşlər Naziri Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

    Asiya.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər