Masallıda meşə yanğınlarına qarşı tədbirlərlə bağlı regional müşavirə keçirilib

Masallıda meşə yanğınlarına qarşı tədbirlərlə bağlı regional müşavirə keçirilib
  • Masallı / Manşet / Sosial

  • Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Masallı rayonunun meşəlik ərazisində birgə regional müşavirə keçirilib.

    Asiya.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
    Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər.
    Tədbirdə giriş sözü ilə çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    Daha sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi polkovnik Əkbər Novruzov çıxış edərək meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyini qeyd edib.

    Müşavirənin praktiki hissəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermis meşə yanğınının qarşısının alınması, eyni zamanda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
    Sonda mövzuya dair maarifləndirici broşürlər tədbir iştirakçılarına paylanılıb.





    PAYLAŞ:

    Oxşar xəbərlər