Elm və təhsil naziri Masallıda vətəndaş qəbulu keçirəcək

Elm və təhsil naziri Masallıda vətəndaş qəbulu keçirəcək
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Araşdırma / Sosial

  • Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. 

    Asiya.az
    xəbər verir ki, qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

    Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

    PAYLAŞ:

    Oxşar xəbərlər