Paralimpiyaçılarımız Zaqrebdə üç medal qazandı - FOTOLAR

Paralimpiyaçılarımız Zaqrebdə üç medal qazandı - FOTOLAR
  • Manşet / İdman

  • Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev Sona Ağayeva Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medala sahib olublar!

    Bununla komandamızın aktivində medal sayı üçə çatıb. Digər idmançımız Orxan Kərimov yarışın bürünc medalını qazanıb.

    Asiya.az xəbər verir ki, idmançılarımıza dəstək vermək üçün Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov da dünənki oyunları komanda üzvləri ilə birlikdə izləyib.

    Beləliklə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üç üzvü Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazandılar, onlar bu gün vətənə qayıdacaqlar.








    PAYLAŞ:

    Oxşar xəbərlər