Milli Məclis Şuşada iclas keçirəcək

Milli Məclis Şuşada iclas keçirəcək
  • Siyasət / Manşet

  • Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.

    Asiya.az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxildir.

    Belə ki, deputatlar Şuşada "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər