Yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Sosial

  • Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Asiya.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

    "Bakıda və Abşeron yarımadasında aprelin 12-si axşamdan 13-ü axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 13-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında aprelin 12-si səhərdən 14-dək əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Qərb küləyi arabir 20-25 m/s, 12-də ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

    Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".
    PAYLAŞ:

    Oxşar xəbərlər