Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək
  • Sosial

  • "Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.

    Asiya.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası”nda deyib.

    O qeyd edib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir: "Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 95 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.

    V.Yaqublu bildirib ki, məktəblərdə çalışan müəllimlərin bağçada işləməsi üçün məhz bu sahədə təhsil almalıdırlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər