Masallıda şəhid Nurlan Əbilovun anım günü keçirildi - VİDEO/FOTOLAR

Masallıda şəhid Nurlan Əbilovun anım günü keçirildi - VİDEO/FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Şərəfə kəndinin mərkəzində Böyük Vətən müharibəsi və Qarabağ şəhidlərinin şərəfinə yenidən qurulan "Şəhidlər"  abidə-kompleksinin açılışı olub.

    Asiya TV
    xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, döyüşçülərin, müharibə veteranlarının, kənd sakinləri, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

    Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Masallıda da Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. 

    Rayon rəhbəri geniş nitqində daha sonra vurğulayıb ki, bu gün sonuncu masallı şəhidimiz, 3 medallı — "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallı Nurlan Fərrux oğlu Əbilovun il mərasimidir.

    Tədbirdə çıxış edən Vətən müharibəsi Qəhrəmanı, şəhid Polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, veteran müəllim Xankişi Xankişiyev, Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynova və başqaları kəndin şəhidlərindən, onların Vətən və 1941-1945-ci il Böyük Vətən müharibəsində göstərdikləri şücaətdən, ordu-xalq-iqtidar birliyindən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

    Tədbirdə Şərəfə kənd orta məktəbinin şagirdləri, şəhid övladları Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

    Sonra rayon rəsmiləri və tədbir iştirakçıları böyük Vətən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış "Şəhidlər"  abidə-kompleksinin önünə qərənfillər qoydular.
     








    PAYLAŞ:

    Oxşar xəbərlər