Asiya.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişində rejissor Kənan MM müalicəsi üçün pul yığılan Nuray adlı qız üçün göz yaşı töküb.
O, balaca Nurayın təfəkkürünün öz yaşından qat-qat böyük olduğunu deyərək göz yaşı töküb. Bütün dost-tanışlarını yardıma ehtiyacı olan uşaqlara maddi kömək göstərmələri üçün səsləyib.
Həmçinin "TikTok" fenomeni Nia Qurbanova canlı efirə qoşulmaq istədiyi bildirib. Canlı yayıma qoşulan fenomen "Səni axtarıram” verilişinin başlatdığı " 1 milyona 10 uşaq xilas edək” aksiyasına qoşulacağını, bu aksiyada onun da adının olacağı üçün sevincli olduğunu bildirib.
Qeyd edək ki, bu aksiya 4 gün davam etməsinə baxmayaraq, artıq lazım olan məbləğdən daha artığı yığılıb.