Şəhid Famil Əlizadənin doğum günü qeyd edildi - VİDEO/FOTOLAR

Şəhid Famil Əlizadənin doğum günü qeyd edildi - VİDEO/FOTOLAR
  • Sosial / Manşet

  • Torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri şəhid Famil Əlizadənin doğum günüdür.

     

    Asiya TV xəbər verir ki, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən Əlizadə Famil Habil oğlu yaşasaydı 23 yaşını qeyd edəcəkdi.

    Şəhidin doğum gününə həsr edilən tədbir onun adına ucaldılan bulaq kompleksinin qarşısında baş tutub.

     

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

     

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

     

    Məktəblilər vətənə, bayrağa, şəhidlərə aid şeirlər söyləyib, ədəbi-bədii kompazisiya təqdim ediblər.

     

    Sonra şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzüb.

     

    Tədbir şəhidin adına verilən ehsan süfrəsi ilə başa çatıb.

    Fotolar Elsevər Əliyevə məxsusdur:





































    PAYLAŞ:

    Oxşar xəbərlər