Gecə yuxusuz qalanlar üçün qızıl qaydalar

Gecə yuxusuz qalanlar üçün qızıl qaydalar
  • Maraqlı

  • Mütəxəssislər yuxusuz gecələr üçün 15 dəqiqəlik qayda tövsiyə edib.
     
    AZXEBER.COM xəbər verir ki, mütəxəssislər sağlam bir yuxu üçün 15 dəqiqəlik qayda tövsiyə edib.
     
    Oksford Universitetinin həkimləri Dr.Bryony Sheaves və Dr.Colin Espie yuxu təlimatı yaradıb.

    İki nevroloq yuxusuzluqla bağlı öz fikirlərini söyləyib: "Tədqiqatlar göstərir ki, ümumi əhalinin üçdə biri yuxusuzluqdan əziyyət çəkir. Bəzi insanlar üçün yuxu problemi qısa müddətdə həll edilə bilər. Amma bəziləri üçün əlavə yardım lazımdır”.
     
    Ekspertlərin fikrincə, yatağa getdiyiniz zaman 15 dəqiqə yata bilmirsinizsə, yataqdan qalxmağa çalışın, başqa otağa keçin, yuxunuz gələnə qədər qalın.
     
    Mütəxəssislər narahat yatmaqdansa, yataqdan qalxmağın doğru olduğunu bildirib. Onlar həmçinin yataqda qalmağın daha çox yuxu narahatlığına səbəb olduğunu və bunun da yatmağı çətinləşdirdiyini söyləyib.
     
    Ayağa qalxıb diqqətinizi başqa işlərə yönəltmək sizi yatağınızın dəyərini anlamağa yaxınlaşdıracaq və yatağa qayıtdığınız zaman zehniniz daha sakitləşəcək. Mütəxəssislər həmçinin gecələr yataqda fırlananlara melatonin (gecələr ifraz olunan və yuxu-oyanma dövrünə nəzarət ilə əlaqəli hormon) istehsalını dəstəkləmək üçün yatmazdan əvvəl parlaq işıqdan qaçmağı tövsiyə edir.
     
    Mütəxəssislər yatmazdan əvvəl 90 dəqiqə kitab oxumaq, yüngül musiqi dinləmək və rahatlaşdırıcı məşqlər etmək kimi fəaliyyətlərin də yuxunu asanlaşdırdığını bildirib.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər