Masallıda futbol turnirinin qalibi bəlli oldu

Masallıda futbol turnirinin qalibi bəlli oldu
  • Manşet / İdman

  • Masallı rayon Gənclər və İdman İdarəsinin və Bioloji Tibb klinikasının, AFFA və “Azad”FK-nun birgə təşkilatçılığı ilə “Viləş” mini futbol meydançasında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında keçirilən mini futbol turnirinə yekun vurulub.

    Asiya.az
    xəbər verir ki, turnirin açılış mərasiminda ənənəvi olaraq oyun başlamamışdan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Dövlət Himni səsləndikdən sonra oyunlar başlayıb.

    Turnirin açılış mərasimində Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman İdarəsinin Masallı və Cəlilabad üzrə rəyisləri, İdman ictimayətinin nümayəndələri Affa rəsmiləri Babak Quliyev, Anar Salmanov, Şəhid ailələri və Elçin MFL direktoru Şəhid övladı Vüqar Nadirov iştirak edib.

    Qeyd edək ki, oktyabr ayının 11-dən start verilən mini futbol turnirində, 12 komanda iştrak etmişdir.Turnirin final mərhələsində üçüncü yer uğründa “Bioloji Təbabət” komandası “Göytəpə” futbol komandası ilə qarşılaşıb oyun 7-2 hesabı ilə “Bioloji Təbabət” komandasının xeyrinə nəticələnib. Çempionluğ uğrunda “Qala-95” komandası ilə “Qrand” komandası qarşılaşıb oyun 4-1 hesabı ilə “Qala-95” komandasının hesabı ilə nəticələnib.

    Beləliklə turnirin yekun nəticəsinə əsasən, “Qala-95” (Ərkivan qəsəbəsi) komandası birinci yerə, “Qrand” (Ərkivan qəsəbəsi) komandası ikinci yerə, “Bioloji Təbabət Klinikası” (Masallı şəhər) üçüncü yerə layiq görülüb.

    Turnirdə Qalib gəlmişKomandalar 1-ci yerə 1500 AZN, 2-ci yerə 1000 AZN, 3-cü yerə 500 AZN,
    Kubok və diplom təqdim edilib.

    Ən yaxşı Qapıçı və ən yaxşı oyunçularda hədiyyə təqdim edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər