Ucarda DYP özbaşınalığı - VİDEO - YENİLƏNİB

Ucarda DYP özbaşınalığı - VİDEO - YENİLƏNİB
  • Sosial / Manşet

  • “Ucar Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Vüqar Əhmədov vəzifəsini şəxsi mağazası kimi idarə edir. Vüqar Əhmədov istədiyi pulu almaq üçün sürücüləri hətta şərləyir, onlara qanunsuz olaraq cərimələr tətbiq edir. Onun qanunsuz əməllərindən sürücülər artıq beziblər.”

     

    Bu sözlər Şuşa rayonu Xəlfəli kənd sakini hazırda İsmayıllı rayonu Kürdmaşı kəndində məskunlaşmış Rəhimov İlqar Nəsib oğlu tərəfindən “Asiya.az” xəbər portalına ünvanlanan ŞİKAYƏT məktubunda qeyd edilib və onun KİV üçün səsləndirdiyi video müraciətində öz əksini tapır.

     

    Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik.

     

    “06 iyul 2022-ci il tarixdə Ağdaş rayonunun Yenicə kəndindən 80 ədəd ot bağlaması alıb 02 BH 010 nömrəli Qazel markalı avtomobilimlə evimə aparan zaman Ucar rayon ərazisində Yol Patrul Xidmətinin Vüqar Əhmədov adlı əməkdaşı mənə cərimə yazdı.Telefonuma gələn mesajla mənə məlum oldu ki, avtomobilimə artıq ot bağlaması yığdığım üçün mənə cərimə tətbiq edilib. Mən bunu Ucar Rayon Polis Şöbəsinə gəlib soruşduqda belə izah etdilər ki, avtomobilinə artıq ot yığılması qanun pozuntusudur. Mən onlara dedim ki, bu ot bağlamasını Vətən müharibəsi Qazisi olan qardaşım oğlu Şuşa fatehi Samir Rəhimovun həyətinə aparıram mənə bildirdilər ki, qanun hamı üçün eynidir.

     

    Tənbəllik etməyib 07 iyul 2022-ci il tarixdə Ucar rayonuna gəldim. Həmin vaxt Ucar şəhərinin mərkəzində Oğuz küçəsi ərazisində işıqforun yaxınlığında Yol Patrul Xidmətinin əməkdaşlarının reyd apardığının şahidi oldum. Onlara yaxın yerdə dayanıb müşahidə aparan zaman təsadüfən arxasında iki lapet qoşulmuş təxminən 400 bağ ot yığılmış traktor oradan keçdi.Həttda traktora ot o qədər çox yığılmışdır ki, az qala traktor aşsın. Mən YPX-nin inspektoru Vüqar Əhmədovdan soruşdum ki, bəs buna nə üçün cərimə tətbiq edilmədi mənə bildirdi ki, həmin ot şəhid ailəsinə gedir. Mənim oğlum həmin anları video lentə alıb ki, təqdim edirəm.

    YPX-nin yalanını çıxarmaq üçün öyrəndikdə məlum oldu ki, həmin ot vəzifəli şəxsin fermasına gedirmiş.

     

    İndi mənə tam məlum oldu ki, Ucar Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Vüqar Əhmədov vəzifəsini şəxsi mağazası kimi idarə edir. Vüqar Əhmədov istədiyi pulu almaq üçün sürücüləri hətta şərləyir, onlara qanunsuz olaraq cərimələr tətbiq edir. Onun qanunsuz əməllərindən sürücülər atrıq beziblər.

    Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan xahiş edirəm təqdim etdiyim video subuta baxıb öz qanunsuz əməlləri ilə polis adına ləkə gətirən Ucar RPŞ-nin YPX-nin inspektoru Vüqar Əhmədovun barəsində qanunu tədbirlər görəsiniz.

    Əlaqə telefonum; 050 973-85-76



    Asiya.az xəbər portalı olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.


    Hadisə ilə bağlı Asiya.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov aşağıdakı açıqlamanı verib:

    “Vətəndaş İlqar Rəhimovun videoda səsləndirdiyi iddialarla bağlı bildirmək istəyirəm ki, iyul ayının 6-da o, idarə etdiyi "Qaz-3302" markalı yük avtomobili ilə Ucar rayonu ərazisində yükdaşıma qaydalarını pozduğuna görə Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub və qırx manat məbləğində cərimə edilib. 

    Bu qərardan narazı qalan İ.Rəhimov daha sonra yol patrul xidmətinin əməkdaşlarının xidmət apardıqları əraziyə gedib, bu zaman yükdaşıma qaydalarını pozan traktorun görüntülərini telefonla çəkərək sosial şəbəkələrdə həmin nəqliyyat vasitəsi barəsində tədbir görülməməsi barədə əsassız məlumatlar yayıb.

    Onun bu iddiaları əsassızdır. Belə ki, həmin nəqliyyat vasitəsinin sürücüsü Qadir Atayev də yükdaşıma qaydalarını pozduğuna görə barəsində İXM-in 327.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq inzibati qaydada məsuliyyətə cəlb edilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər