Asiya.az "report"a istinadən xəbər verir ki, bu, "Qarabağ" komandasının Polşa "Lex"i ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə 0,250 xal gətirib.
Qeyd edək ki, reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlibsə, hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşür. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyibsə, 7,875 xalı olan Ermənistan 40-cı yerə geriləyib.
Bundan başqa, Cəbəllütariq (5.541) 48-ci, İslandiya (5.416) 49-cu pilləyə irəliləyibsə, Uels (5.333) 50-ci mövqeyə düşüb.