Masallı pəhləvanı Avropa üçüncüsü oldu

Masallı pəhləvanı Avropa üçüncüsü oldu
  • İdman

  • Xorvatiyanın paytaxtı Zaqreb şəhərində güləş üzrə U-15 Avropa çempionatı (16-19 iyul) keçirilib.

    Asiya.az
    xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışlarda ölkə təmsilçiləri arasında masallılı yeniyetmə pəhləvan Əmrah Əmrahov da yer alıb.

    Qitə birinciliyində 44 kiloqram çəki dərəcəsində mübarizə aparan Əmrah çempionatın gümüş medalını qazanıb.

    Məlumat üçün bildirək ki, Ə.Əmrahov Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.
    Akif AĞAYEV
    PAYLAŞ:

    Oxşar xəbərlər