Azərbaycanda polis polkovniki qəza törətdi, ölən var

Azərbaycanda polis polkovniki qəza törətdi, ölən var
  • Olay

  • Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

    "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

    Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

    Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

    Araşdırma aparılır.

    Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib.
    PAYLAŞ:

    Oxşar xəbərlər