Məktəbli formalarının qiyməti açıqlandı: Harada satılacaq?

Məktəbli formalarının qiyməti açıqlandı: Harada satılacaq?
  • Sosial

  • Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

    Bu barədə "Report”a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

    O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

    E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

    "Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

    Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə "Bravo” marketlər şəbəkəsində də satış başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər