"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
  • İdman

  • Azərbaycan çempionu "Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya” (Plzen) ilə üz-üzə gəlib.

    Asiya.az
    xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
    Hesabı "Qarabağ” açıb. Filip Ozobiç 39-cu dəqiqədə fərqlənib. 
     
    Bununla belə, "Viktoriya” 58 və 73-cü dəqiqələrdə vurduğu iki qolla qalib gəlib. 
    Bu nəticə ilə Çexiya çempionu mübarizəni Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. 
    PAYLAŞ:

    Oxşar xəbərlər