SON DƏQİQƏ: Masallıda meşə yanır – VİDEO

SON DƏQİQƏ: Masallıda meşə yanır – VİDEO
  • Araşdırma / Olay

  • 25 avqust 2022-ci il, günorta saatlarından Masallı-Yardımlı yolunun 15-ci km-də, İstisu Şəfa Sanatoriyasının yaxınlığında meşə zolağında yanğın baş verib.

    Asiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər