"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub
  • İdman

  • Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent Luis şəhərində keçirilmiş "Grand Chess Tour"un IV mərhələsindən qazancı açıqlanıb.

    Asiya.az yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min ABŞ dollarına sahib çıxıb.

    Məmmədyarov "Grand Chess Tour"un ümumi sıralamasında 10 xalla 8-cidir. Təcrübəli şahmatçı ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.

    Qeyd edək ki, "Grand Chess Tour"un V mərhələsi olan "Sinquefield Cup" 1 - 13 sentyabrda Sent Luisdə gerçəkləşəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər