Ukraynanın dövlət borcu açıqlandı

Ukraynanın dövlət borcu açıqlandı
  • İqtisadiyyat

  • Ukraynanın dövlət borcu avqust ayında 1,28 faiz artaraq 98,03 milyard dollar təşkil edib.

    Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu il avqustun yekunları üzrə Ukraynanın dövlət borcu 1,24 milyard dollar artıb.

    Bildirilib ki, birbaşa xarici borc bir ayda 53,44 milyard dollaradək, daxili borc isə 34,49 milyard dollaradək artıb.

    Eləcə də təminatlı dövlət borcunun 10,10 milyard dollar təşkil etdiyi məlum olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər