Azərbaycanlı iş adamının müğənni oğlu evləndi

Azərbaycanlı iş adamının müğənni oğlu evləndi
  • Mədəniyyət

  • Ötən gün müğənni Orxan Babazadənin toyu olub. 

    Asiya.az
    xəbər verir ki, sənətçi subayılığın daşını ataraq sevib-seçdiyi xanımla ailə həyatı qurub. Cütlüyün şad günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. 

    Orxanın toyunda ailə üzvləri ilə yanaşı, sənət aləmindən olan həmkarları da iştirak ediblər. Onlar arasında müğənni Manaf Ağayev, Əməkdar artistlər Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Nüşabə Ələsgərli, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Zümrüd Bədəlova, Zaur Kamal, aktyor İlkin Həsəni və digərləri olub. 

    Rəngarəng görüntülərlə yadda qalan gecədə şou əhli həm oxuyub, həm də rəqs edib. 

    Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər