“POZ, QAZAN” MƏKTƏBLİLƏRİ POZMAĞA BAŞLADI – SİYASƏTÇİDƏN ETİRAZ!

“POZ, QAZAN” MƏKTƏBLİLƏRİ POZMAĞA BAŞLADI – SİYASƏTÇİDƏN ETİRAZ!
  • Araşdırma / Cəmiyyət

  • ”Azərlotereya” ASC-nin qumar təşviqi məktəbliləri də yoldan çıxarmağa başlayıb. Artıq “Poz, qazan” şagirdləri pozmağa yönəlib. Bu haqda gələn narazılıqlardan belə məlum olur ki, məktəblilər dərslərdən yayınır, yaxud dərsdən sonra bu oyunlara aludə olurlar. Bu isə şagirdlərin qumara cəlb olunması, azyaşlıların psixologiyasının pozulması deməkdir. Hətta onların arasında kimisi aludəçi, kimisi təsir altına düşərək asılı ola bilər. Ümumən 18 yaşına çatmamış şəxslərə bu oyunlar qadağandır. Amma “Azərlotereya” elə təbliğ edir ki, böyükdən kiçiyə hamı buna cəlb olunur.

    Azərbaycan Liberal – Demokrat Partiyasının sədri Fuad Əliyev TİA.Az-a bildirib ki, əgər belə hallar mövcuddursa, dərhal araşdırma başlanmalı, hüquqi tədbirlər görülməlidir. Partiya sədri hesab edir ki, bu yolverilməz haldır və məktəblilər zərərli vərdişlərdən kənar olmalıdır: “Amma cibindəki 1 manatı kupona verirsə, həmin satıcı da pul qazanmaq hərisi ilə onu satırsa, qanun çərçivəsində addım atılmalıdır. Ölkədə qumar qadağandır, lotereya isə keçirilir, dünyada belə oyunlar var, amma qaydalar müəyyənləşib, məhdud çərçivədə fəaliyyət göstərirlər. Bizdə isə hara baxsan mərc yarışı gedir, reklamı və təşviqi aparılır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər