Hicabsız yarışa qatılan iranlı idmançı üzə çıxdı: Səhv etmişəm

Hicabsız yarışa qatılan iranlı idmançı üzə çıxdı: Səhv etmişəm
  • İdman

  • Cənubi Koreyada hicabsız yarışan və günlərlə xəbər alınmayan iranlı idmançı susqunluğunu pozub.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada hicabsız yarışan və günlərlə xəbər alınmayan iranlı idmançı Elnaz Rekabi danışıb. 

    Səhvən çadrasını yerə atdığını deyən iranlı idmançı komandası ilə birlikdə ölkəsinə qayıtdığını bildirib və hamını narahat etdiyi üçün üzr istəyib.

    Qeyd edək ki, iranlı idmançı Elnaz Rekabinin Cənubi Koreyada keçirilən çempionatda başı açıq vəziyyətdə yarışması dünya ictimaiyyətinin günlərdir ən çox danışdığı hadisələrdən biri olub. Rekabinin başı açıq yarışması İranda qaydalara uyğun olaraq hicab taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra nəzarətə alındığı xəstəxanada dünyasını dəyişən Məhsa Əminini dəstəkləmək kimi şərh edilib və milli idmançıdan günlərdir xəbər alınmadığı iddia edilirdi.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər