Yüksək vəzifəli məmurun oğlu İcra Hakimiyyətinin 600 minlik tenderini uddu

Yüksək vəzifəli məmurun oğlu İcra Hakimiyyətinin 600 minlik tenderini uddu
  • Araşdırma / İqtisadiyyat

  • Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

    Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Feniks-AA” MMC (VÖEN- 2000094981) olub.
    Tender müsabiqəsinin şərtlərinə görə “Feniks-AA” MMC “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə Bakı Şəhər İcra Hakimiyyəti “Feniks-AA” MMC-yə 580 min 300 manat ayıracaq.

    Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
    Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
    Qeyd edək ki, “Feniks-AA” MMC bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər