Məşhur Məmmədov seçiciləri ilə görüş-qəbul keçirdi - FOTOLAR

Məşhur Məmmədov seçiciləri ilə görüş-qəbul keçirdi - FOTOLAR
  • Sosial / Araşdırma

  • Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Banbaşı Kənd Ərazisində səyyar görüş-qəbul  keçirib.

    Asiya.az
    xəbər verir ki, qəbuldan öncə millət vəkili inzibati ərazidə yerləşən I Qarabağ və 44 günlük Vətən Mübaribəsində canından keçən qəhrəman şəhidlərin xatirəsinə inşa edilən Şəhidlər Kompleksini və Şəhid Akifzadə Elmir Gündüz oğlunun büstünü ziyarət edib, önünə tər çiçəklər düzüb.

    Sonra kənd qəbiristanlığında uyuyan şəhidlərin məzarı ziyarət edilib, ruhlarına dualar oxunub.

    Banbaşı Kənd Ərazi Dairəsinin inzibati binasında baş tutan görüş-qəbulda çıxış edən vətəndaşlar əsasən sosial problemlərin həlli, iş yerləri, təhsil haqqına kömək və sənədləşmə ilə bağlı məsələlər barədə müraciətlər ediblər.

    Millət vəkili görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib, bəzi problemlər yerindəcə həll edilib.

    Digər şikayətlər qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edilib.

    Səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilat rəhbərləri, deputatın köməkçiləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, və kənd sakinləri iştirak edib.












    PAYLAŞ:

    Oxşar xəbərlər