Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürdü

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürdü
  • İdman

  • Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.

    Bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard açıqlamasında bildirib.

    O, özlərini uğurlu və iddialı ölkə hesab etdiklərini söyləyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".

    Qeyd edək ki, 1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq.

    Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.///report
    PAYLAŞ:

    Oxşar xəbərlər